تبليغاتX
تاریخی - تحلیلی - خبری درباره قاراباغ - Kəlbəcərin işğalından 15 il keçir

Kəlbəcərin işğalından 15 il keçir

15 il əvvəl aprelin 1-dən 2-nə keçən gecə 450 azərbaycanlı qətlə yetirilib, yüzlərlə kəlbəcərli isə itkin və əsir düşüb.

275 şəhid verən, 321 nəfəri əsir götürülən rayonun əhalisi hazırda respublikanın 59 bölgəsində məskunlaşıb, rayonun işğalı zamanı 130 yaşayış məntəqəsi, 500-dən çox sənaye, tikinti, kolxoz, sovxoz, ticarət, ictimai iaşə obyekti, 324 sosial mədəni obyekt dağıdılıb.

Qarabağ münaqişəsinin başladığı ilk günlərdən 1993-cü il aprelin 2-dək Kəlbəcər qanlı döyüşlərin getdiyi ərazilərimizdən olub. Ermənilər Kəlbəcəri ələ keçirmək üçün 5 il ərzində bir neçə dəfə güclü həmlə ediblər. 

Bu gün Kəlbəcər rayonunun işğalından 15 il keçir. Düz 15 il əvvəl aprelin 1-dən 2-nə keçən gecə gərgin döyüşlərdən sonra Azərbaycan silahlı qüvvələri rayonu tamamilə boşaltmaq məcburiyyətində qalıblar.

Ermənistan Laçın rayonunu işğal edərkən Kəlbəcəri də ələ keçirməyə cəhd göstərmiş, ancaq buna nail ola bilməmişdi. Buna baxmayaraq, Laçının işğalı Kəlbəcər ətrafında dairəni daha da daraltdı və nəhayət, 1993-cü ilin bu günündə rayon işğal olundu.

Kəlbəcərin işğalı ilə Ermənistan ordusu bütün Qarabağda ən hündür nöqtəni - Murovdağ yüksəkiliyini əldə etmiş oldu.

+ نوشته شده در پنجشنبه پانزدهم فروردین 1387ساعت 6:18 توسط قاراباغ |